Kiçik auditor

İşin təsviri

Təsvir:

  • Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
  • Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
  • Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək;
  • Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;
  • Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
  • Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.

Tələblər:

  • Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr);
  • Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 1-2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.) arzu olunandır;
  • Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı;
  • Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək;
  • Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi;
  • Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları;
  • Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;
  • Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları.