ERP üzrə aparıcı mütəxəssis (1C Developer)

İşin təsviri

Təsvir

  • 1C üzrə məlumat bazasının idarə edilməsi - təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin baza arxitekturasının bütövlüyünün qorunmasına nəzarət
  • 1C üzrə konfiqurasiyasının idarəedilməsi - konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq
  • 1C üzrə proqramlaşdırma layihələrinin icrası - biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi
  • 1C üzrə texniki dəstək - ehtiyac əsaslı olaraq 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq

Tələblər

  • Ali təhsil və ya ekvivalent beynəlxalq sertifikatlar- İnformasiya texnologiyaları, mühəndislik, proqramlaşdırma ixtisasları üzrə
  • 1C proqramlaşdırma, texniki dəstək , proqram inzibatçılığı sahəsində minimum 2-3 il iş təcrübəsi
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər
  • Elektron sənəd dövriyyəsi ilə bağlı biliklər
  • Alqoritmik düşüncə qabiliyyəti, problem həll etmə bacarığı
  • İşə sistemli yanaşma
  • Məsuliyyətlilik
  • Detallara diqqət yetirmə

Agro Food Investments tərəfindən digər vakansiyalar