İT mütəxəssisi

  • M Bulak BOKT MMC
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr, məqsədlər, öhdəliklər:

  • Şirkətin bütün ofislərində İT infrastrukturunun stabil fəaliyyətinin təmin edilməsi;
  • Şirkətin bütün ofislərində aparat və proqram təminatının fasiləsiz işləməsinin təmin edilməsi;
  • İşin gedişində yaranan nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlərin görülməsi və şirkətin bütün ofislərinin əməkdaşlarına texniki problemlərinin aradan qaldırılmasında köməklik göstərilməsi, zərurət yarandıqda yerlərdə operativ və planlı səfərlərin həyata keçirilməsi;
  • Xidmət və avadanlıq təchizatçıları ilə qarşılıqlı əlaqə;
  • İT tapşırıqları üzrə Holdinqin digər ölkələrdəki İT departamentlərinin mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək.

Əlavə tələblər (kompüter proqramları, dillər):

  • Texniki ədəbiyyatı oxumaq, problemləri anlamaq, həll yollarını axtarmaq bacarığı;
  • Kompüter avadanlıqlarının (“Hardware”) qurulması (printerlər, müxtəlif periferik qurğular, iş prinsiplərini başa düşmək və konfiqurasiya etmək, sistem konfliktlərini həll etmək, xətaları axtarmaq və düzəltmək);
  • Windows 10 ailəsi və daha yuxarı sistemlər üçün istənilən kompüter proqramının quraşdırılması və konfiqurasiya edilməsi;
  • Müvafiq sənədləşmələrin aparılması

Peşəkar bacarıqlar:

  • Əsas şəbəkə xidmətlərinin (DNS, DHCP, SMB, TCP\IP, WSUS, KMS) iş əsasları haqqında anlayış;
  • VoIP (SIP protokolu) iş əsasları haqqında anlayış;
  • OSI modeli və TCP/IP protokollarının anlayışları haqqında biliklər;
  • Şəbəkə avadanlığının baza konfiqurasiyası üzrə biliklərə malik olmaq;
  • VPN təşkilinin əsaslarını başa düşmək;
  • Windows idarəetməsinin əsasları (10, 11, Server);
  • Windows Server 2003/2008 əsasında Active Directory, həmçinin müvafiq WINS/DNS/DHCP xidmətləri üzrə əsas biliklər;
  • “Problemi tapın və istifadəçiyə həll yolunu göstərin” səviyyəsində Windows ƏS bilikləri;
  • SKS-in və işçi qruplar səviyyəsinin aktiv şəbəkə avadanlıqlarının əsaslarını və standartlarını başa düşmək;
  • Şəbəkə antivirus həlləri üzrə biliklər (Kaspersky, Nod və s.).

Şəxsi bacarıqlar:

  • Rus dilində səriştəli şifahi və yazılı nitq;
  • Azərbaycan dilində səriştəli şifahi və yazılı nitq;
  • Analitik düşüncə;
  • İşə təşəbbüskar və konstruktiv yanaşma;
  • Stressə davamlılıq, asan öyrənmə;
  • Komandada işləmək bacarığı, peşədə inkişaf arzusu.

Cins: Kişi

Yaş: 22-35

Təhsil: İnformasiya texnologiyaları sahəsində ali və ya orta ixtisas təhsilinə üstünlük verilir

İş təcrübəsi: İxtisas üzrə iş təcrübəsi - ən azı 2 il

Email: [email protected]