İnsan Resursları üzrə mütəxəssis

  • M Bulak BOKT MMC
  • Elanın qoyulma tarixi: 26.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət haqqında məlumat:

“M Bulak BOKT” MMC – zəngin inkişaf və formalaşma tarixi, peşəkar rəhbərliyin başçılığı altında həmfikir, məqsədyönlü və ambisiyalı komandanın nəticəsidir. Bu gün M Bulak - yeni hədəfləri, baxışları, müasir müştəriyönümlü yanaşması və yeni qısa adı M Bulak olan bir şirkətdir. Bizim işçilərimiz - müştəri və maliyyə resursları ilə səmərəli, effektiv iş qabiliyyətinə malik mütəxəssislər komandasıdır. Biz öz müştərilərimizə, Azərbaycan Respublikasının vətəndaşlarına, məqsədlərini həyata keçirmək və həyatlarını yaxşılaşdıracaq planlarını həyata keçirmək üçün maddi dəstək veririk. M Bulak Şirkəti – sahibkarlıq fəaliyyətinin dəstəklənməsində və müxtəlif məişət problemlərinin həllində etibarlı bir partnyordur. Hər kəsə maliyyə uğuru – M Bulakın iş prinsipinin yeni və aktual şüarıdır.

İxtisas tələbləri:

  • Ali təhsilli şəxs təyin olunur;
  • Minimum 3 il iş təcrübəsi (insan resursları üzrə);
  • Xidməti ezamiyyətlərə getmə hazırlığı.
  • Kadr kargüzarlığı sistemini bilməli;
  • Elektron hökümət portalında işləmə bacarığı.

Peşəkar səriştələr (bacarıq və biliklər):

  • Müasir texniki proqramın istifadəsi ilə məlumatın hazırlanma üsulları;
  • Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq;
  • Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
  • Ümumi, sosial psixologiyanın əsasları;
  • Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri;
  • Azərbaycan Respublikasının Əmək məcəlləsini bilməli.

Məsuliyyət sahələri üzrə öhdəliklər:

  • Kadr kargüzarlıqı üzrə bütün işləri həyata keçirməli
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad əmlərini hazırlayır, imzaya təqdim edir, qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını və müvafiq qovluqlara tikilməsini təmin edir.
  • İR depatamentin rəhbəri işdə olmayan hallarda kadr  və digər əmrləri vizalayır.
  • İR depatamentin menecerinin tapşırığı əsasında vakant vəzifələr üzrə elanların mətnini hazırlayır, müvafiq şöbələr ilə razılaşdırır və elanların yerləşdirilməsini təmin edir, intervyu prosesini təşkil edir, yeni işə qəbul olunmuş əməkdaşlara giriş təlimləri keçir.
  • Elektron hökümət portalında kadrlara aid olan bütün işləri aparır
  • İşçilərin icbari sığortalanmasının təmin edilməsi
  • Daxili ünsiyyətin inkişafına yönələn tədbirlərin təşkil edilməsi
  • Əməkdaşlarla bağlı fillialrda yaranan sualların kooordinasiyası və onların həlli

İş şəraiti:

  • 5 günlük iş həftəsi
  • Əmək haqqı 1700 AZN-dən başlayaraq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  elektron ünvanına “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə göndərə bilərlər