Problemli kreditlərlə iş üzrə mütəxəssis (Cəlilabad və Biləsuvar)

  • M Bulak BOKT MMC
  • Elanın qoyulma tarixi: 29.09.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Cəlilabad və ya  Biləsuvar rayonlarında yaşayış yerinin mövcud olması 
  • Ali təhsil (hüquq təhsili arzuolunandır)
  • Problemli kreditlər sahəsində ən azı 1 illik iş təcrübəsi
  • Kompüterdə iş üzrə ilkin bacarıqlar: Windows, MS Office 

Şəxsi keyfiyyətlər:

  • İntizamlı
  • Ünsiyyətcil
  • Məsuliyyətli

Öhdəlikləri:

  • Problemli kreditlərlə bağlı Şirkətin müştəriləri ilə işin aparılması;
  • Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin hüquq-mühafizə və digər orqanlarda təmsil edilməsi, bütün prosessual sənədlərin hazırlanması və vizalanması;
  • Şirkətin maraqlarını müdafiə etmək məqsədilə Şirkətin ümumi yurisdiksiya və arbitraj məhkəmələrində təmsil edilməsi, bütün prosessual sənədlərin hazırlanması və vizalanması;
  • Şirkətin xeyrinə qəbul edilmiş qərarların icrasında və həmçinin məcburi icrasında iştirak etmək; 
  • İddiaların, tələblərin, iddialara və tələblərə olan rəylərin və iddia işi ilə əlaqədar digər sənədlərin sistemli uçotu və saxlanması;
  • Verilmiş iddiaların sayının sistematik uçotu, işlərə baxılma mərhələlərinin uçotu, məhkəmə iclaslarında vaxtlı-vaxtında iştirak və s., iddia işlərinin nəticələrinin uçotu;
  • Vəzifələrini vaxtında və keyfiyyətlə yerinə yetirmək; 

Əlavə məlumat:

  • İş qrafiki : Bazarertəsi – Cümə, 09:00 – 18:00
  • Əmək haqqı: Vəzifə maaşı+ bonuslardan ibarətdir, müsahibə zamanı müəyyən ediləcəkdir, rəqabətli və artandır.

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini "Cəlilabad və Biləsuvar filiallarının problemli kreditlərlə iş üzrə mütəxəssisi" başlığı ilə göstərilən elektron ünvana göndərmələri xahiş olunur.

Email: [email protected]