Marketinq Bölmə Rəhbəri

İşin təsviri

İşiniz nələrdən ibarət olacaq?

  • Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının və büdcəsinin hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinqin inkişafı sahəsində daim təhlilin aparılması;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
  • Şirkətin yeni və mövcud layihələr üzrə marketinq və satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
  • Marketinqin inkişafı sahəsində daim təhlilin aparılması;
  • Rəqəmsal Marketinq üzrə kampaniyaların hazırlanması və təşkili;
  • İstifadə edilən rəqəmsal satış və reklam kanallarının effektivliyinin artırılması istiqamətində işlərin görülməsi;
  • Şirkətin imicinin formalaşdırılması və daima nəzarətdə saxlanılması;
  • Şirkət imicinin yaxşılaşdırılması üçün layihələrin təşkili;
  • Şirkətin mövcud marketinq kampaniyalarının daima nəzarətdə saxlanılması və gedişat barədə rəhbərliyin məlumatlandırılması;
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsul, xidmətlərin reklamının təşkil edilməsi;
  • Yerli və xarici bazarın araşdırılması və araşdırmanın təşkili;
  • Müxtəlif testlərin və sorğuların keçirilməsi və təşkili;
  • Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması və təşkili;
  • Sosial şəbəkələrdə və web səhifəmizdə cari aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və səhifələrin idarəolunmasına dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılmasına nəzarət edilməsi;
  • Mövcud və gələcək məhsullarla əlaqədar daxili və xarici bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Potensial müştəriləri şirkətin xidmətləri haqqında məlumatlandırılması;
  • Şirkətin əməkdaşlarına, müştərilərinə və ictimaiətə təqdim olunan məlumat, reklam və digər xarakterli məhsulların keyfiyyət, marketinq siyasəti və brend kitabçası qaydalarına uyğunluğunun nəzarətdə saxlanılması.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Marketinq sahəsində peşə artırma təlimlərinə aid sertifikatlar arzuolunandır
  • Azərbaycan, İngilis və Rus dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office proqramları;
  • Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
  • Sərbəst araşdırmalar etməyi bacarmalı;
  • Analitik zəka.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30).

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/az/job/marketinq-bolme-rehberi?sources

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar