Kargüzar

  • Agro-West DC LLC
  • Elanın qoyulma tarixi: 13.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Cəmiyyətə daxil olan sənədlərin qəbulunu, rəhbərliyin yazılı, habelə şifahi göstərişlərinə əsasən struktur bölmələri üzrə paylanmasını təşkil etmək;
  • İnzibatı və kargüzarlıq işləri ilə bağlı zəruriyyət yaranan halda işçilərə köməklik göstərmək
  • Kargüzarlıq işinin səmərəli təşkili, sənədlərin sistemləşdirilməsi və qeydiyyatını aparmaq, habelə arxiv işinin aparılmasını təmin etmək;
  • Əmrləri və protokolları skan etmək və Cəmiyyətin daxili proqram təminatında qeydiyyata salmaq;
  • Şöbələrdən digər idarə və təşkilatlara ünvanlanan sənədlərin göndərilməsini təşkil etmək. Bunun üçün  poçt xidməti şirkəti ilə əlaqə saxlamaq  və sənədin vaxtında göndərilməsini və çatdırılmaya nəzarəti təmin etmək​​​​​
  • Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir;

Namizədə Tələblər:

  • Ali təhsil;
  • Cins: Xanım
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;
  • Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • Güclü MS Office – Excel bilikləri;
  • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 09:00-18:00;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Əmək haqqı: 550 manat
  • Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə " Kargüzar " yazaraq mail ünvanına göndərə bilərlər.

Email:  [email protected]