İşin təsviri
Vəzifə öhdəlikləri:
- İşçilərin əmək müqavilələrinin hazırlanması, xitamı və vəzifə dəyişikliyi ilə bağlı sənədləşmənin AR Əmək Məcəlləsinə uyğun şəkildə və vaxtında tərtib olunması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və sistemləşdirilməsi;
- İşçilər barədə məlumatların daxil edildiyi məlumat bazasının hazırlanması və yenilənməsi;
- Kadr sənədlərinin hazırlanması və idarə olunması (əmək müqavilələri, əmrlər, məzuniyyət qrafikləri, iş vaxtının uçotu cədvəlləri və s.);
- Məzuniyyət qrafiklərinin daimi nəzarətdə saxlanılması və işçilərin məzuniyyətlərinin istifadəsinin təmin olunması;
- İşçilərə aid sənədlərin (əmrlər, müqavilələr, razılaşmalar və s.) hazırlanması və təsdiq prosesinin icra olunması;
- Xəstəlik vərəqələri (bülleten), analıq və sosial məzuniyyətlərlə bağlı sənədləşmə işlərinin aparılması.
Namizədə tələblər:
- Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
- İnsan Resursları əməliyyatları sahəsində minimum 2 il iş təcrübəsi;
- MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bacarıq;
- 1C proqramı üzrə biliklər – üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00 – 14:00;
- Şənbə və bazar – istirahət günləri;
- Əmək haqqı: 800-1000 AZN;
- İş yeri: Bakıxanov qəs., B.Bünyadov küç. 12.
Müraciət qaydası:
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.