İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dövlət və özəl tender elanlarının gündəlik monitorinqi;
- Tender sənədlərinin hazırlanması və tamlığının təmin edilməsi;
- Tender şərtlərinin təhlili və uyğunluğun yoxlanılması;
- Tender təkliflərinin vaxtında və düzgün şəkildə təqdim edilməsi;
- Müvafiq şöbələrlə (maliyyə, hüquq, texniki) koordinasiya;
- Tender prosesi üzrə hesabatların hazırlanması.
Namizədə dair əsas tələblər:
- Ali təhsil (iqtisadiyyat, hüquq, idarəetmə və ya əlaqəli sahə üstünlükdür);
- Korporativ görünüşlü, ünsiyyətcil, işgüzar və səlis danışıq qabiliyyətli;
- Tender sahəsində minimum 1 il iş təcrübəsi;
- Tender.gov.az portalında işləmək bacarığı;
- Dövlət satınalmaları qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (əla) , Rus (arzuolunandır) ;
- Yenilikçi, dinamik və daxili motivasiyası yüksək;
- Digər fərdi keyfiyyət göstəriciləri;
- Texnoloji yeniliklərə və sürətli öyrənməyə açıq olmalı;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Enerjili, pozitiv, çevik və məsuliyyətli olması;
- İnformasiyanın təhlili və analiz etmək bacarığı;
- Təşkilatçılıq və komandada işləmək bacarığı yüksək olmalı.
Əlavə məlumat:
- Stabil iş mühiti;
- Peşəkar inkişaf və təlim imkanları;
- Karyera yüksəlişi imkanı;
- İşçi korporativ nömrə,nahar ilə təmin olunur;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
İş şəraiti:
- Əmək haqqı: 700-900 AZN
- İş vaxtı: I-V günlər 09:00 - 18:00
Tələblərə uğun namizədlər mövzu yerində “Tender üzrə mütəxəssis“ qeyd edərək öz CV-lərinizi Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.