İşin təsviri
İş şəraiti:
- İş yeri: Bakıxanov qəsəbəsi, B. Bünyadov küçəsi
- Əmək haqqı: 800-1000 AZN
- İş qrafiki: Həftə içi 5 gün
- İş saatı: 08:00–17:00
- Əmək şəraiti: Korporativ nömrə və nahar şirkət tərəfindən təmin olunur
Vəzifə öhdəlikləri:
- Alış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
- Daxil edilmiş məlumatların mühasibat hesablarına düzgün düşməsinin yoxlanılması;
- Mal hərəkətinin 1C proqramında düzgünlüyünə nəzarət etmək;
- Yazılmış qaimələrin yazılışına,düzgünlüyünə və təsdiqinə nəzarət
- Təchizat anbarının qalıqlarının uzlaşdırılması və malların hərəkəti barədə hesabatların hazırlanması;
- Proqramda məhsul və kontragentlərin açılması;
- Dövri inventarizasiyada iştirak və sənədləşmənin təmin edilməsi;
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili
- 1C proqramı üzrə praktiki biliklər
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Dəqiqlik, operativlik və kollektivdə işləmə bacarığı
Maraqlanan namizədlərdən şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Mövzu hissəsində: “1C Operator” qeyd edilməsi vacibdir.