Valyuta Bazarları üzrə Mütəxəssis

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 09.02.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Nağd və nağdsız mübadilələr üçün Bankın standart alış / satış məzənnələrinin müəyyənləşdirilməsi
  • Açıq Valyuta Mövqeyinin Mərkəzi Bank və Bankın daxili normativləri əsasında idarə edilməsi
  • Korporativ / özəl bankçılıq / KOB müştəriləri üçün özəl məzənnələrinin təyini
  • Bütün müştəri istəkləri ilə (daxili və ya xarici) dəqiq və razılaşdırılmış müddətlərdə məşğul olmaq
  • Xarici valyuta, derivativ, əmtəə məhsulları, qiymətli metal satışlarını yerli və xarici banklarla müzakirə edib icra etmək
  • Baş ofis və biznes mərkəzlərinin nağd likvidliyinin idarə edilməsi
  • Xarici tərəfdaşlar ilə nağd pul vəsaitlərinin idxal / ixrac əməliyyatları
  • Korporativ FX rəhbəri ilə birlikdə müştəri görüşlərində iştirak etmək
  • Yeni müştəriləri aktiv şəkildə cəlb edilməsi
  • Lazımi hesabatların tərtibi və daxil edilmiş məlumatların düzgünlüyünü təmin edilməsi
  • Şöbə rəhbəri tərəfindən tələb olunan xüsusi hesabatların hazırlanması
  • Bütün proses və prosedurların ən yaxşı təcrübəyə, bankların davranış qaydalarına və tənzimləmə tələblərinə uyğun olmasını təmin etmək
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək. 

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: minimum 2 il
  • Xarici dillər: İngilis dili (səlis), Rus dili (orta)
  • Kompüter bilikləri: MS office, Power Point
  • Məhsul bilikləri: Valyuta bazarı və derivativlər
  • Bazar bilikləri: yerli və beynəlxalq bazar biliyi

 

https://glorri.com/pashabank/63e518b19ff3487feac87cfa-Valyuta%20Bazarlar%C4%B1%20%C3%BCzr%C9%99%20M%C3%BCt%C9%99x%C9%99ssis?sources

İşəgötürənin reytinqi