İşin təsviri
İşiniz nədən ibarətdir?
- Statistik modellərin hazırlanmasında və inkşafında birbaşa iştirak;
- Bankın makroiqtisadi dəyişikliklərə və potensial şoklara dözümlülüyünün qiymətləndirilməsi üçün müxtəlif ssenarilər üzrə stress testlərinin keçirilməsi;
- Risk göstəricilərinin normativlərə əsasən hesablanması və analizi;
- IFRS 9 qaydalarına uyğun olaraq bankın kredit portfeli üzrə ehtiyatların Stress test modelə tətbiq edilməsi;
- Stress testlərinin nəticələrinin makroiqtisadi proqnozlara və statistik nəticələrə uyğun interpretasiyası;
- Stress test modelin təkmilləşdirilməsi məqsədilə yeni biznes hipotezlərinin statistik test edilməsi və nəticələrə əsaslanan tövsiyyələrin, yeni təkliflərin verilməsi;
- Stres testləşmə üçün lazımı məlumat bazalarına icazənin təmin edilməsi və ictimaiyyətə açıq rəsmi mənbələrin məlumatlarından istifadə edilməsi;
- Stress test prosesinin model validasiyası üzrə tapıntıların aradan qaldırılmasına əməl edilməsi və s.
Sizdən nə tələb olunur?
- İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Ekonometrika və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi;
- Maliyyə sektorunda minimum 2 il iş təcrübəsi;
- FRM level 1 və ya CFA level 1 sertifikatları arzu olunandır;
- Data elmi, statistik modelləşdirmə və data analizi üzrə təcrübə;
- R (tidyverse, datatable, və s.), Python (sklearn, pandas, numpy, və s.), SQL üzrə biliklər arzu olunandır;
- Mərkəzi Bank, IFRS 9 və digər normativlərə aid biliklər
- Xarici dil: İngilis dili.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.