PASHA Bank


2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 iyun 2019-cu il tarixinə olan göstəricilərə görə bankın kapitalı 435 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 4,483 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir.

PAŞA Bankın baş ofisi Bakıda yerləşir, paytaxtda və ölkənin bölgələrində ümumilikdə 6 biznes-mərkəzi, 3 filial və 2 mübadilə şobəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən biz Gürcüstanda təmsil olunuruq, 2014-cü ildən – Türkiyədə. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradaraq PAŞA Bank beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaratmışdır. Bununla Bank bölgənin üç ölkəsində işgüzar prosesləri birləşdirəcək "Bakı-Tbilisi-İstanbul" fəal ticarət üçbucağı yaratmağı planlaşdırır.

“PAŞA Yatırım Bankası” A.Ş. (Türkiyə törəmə şirkəti) öz fəaliyyətini sağlam maliyyə bazası olan, qətiyyətlə inkişafa doğru irəliləyən və həm müştərilərinin, həm də çalışanlarının gələcəyinə dəyər qatan beynəlxalq bir bank olmaq istiqamətində qurub. Bank Korporativ və Kommersiya Bankçılığı, İnvestisiya Bankçılığı, regionlararası əməliyyatlar, ticarətin maliyyələşdirilməsi, konsultasiya xidmətləri, yerli valyuta mübadilə əməliyyatları, lizinq xidmətləri və digər bank xidmətləri göstərməklə fəaliyyətini sürətlə genişləndirməkdədir.

“PASHA Bank Georgia” SC (Gürcüstan törəmə şirkəti) korporativ və investisiya bankçılığı sahəsində iri, orta və kiçik müəssisələrə xidmət göstərir. Bank müştərilərin maraqlarını korporativ strategiyanın əsas elementi müəyyən etməklə davamlı yüksəlişə hədəflənən fəaliyyət istiqaməti seçib. Bank kredit, depozit, ticarətin maliyyələşdirilməsi, xəzinədarlıq əməliyyatları (qiymətli kağızlar, valyuta mübadiləsi, forvard, svap, opsion) internet bankçılığı və digər məhsullar təklif edir.

PAŞA Bank dəfələrlə beynəlxalq maliyyə KİV tərəfindən müxtəlif istiqamətlər, o cümlədən investisiya, özəl-bankçılıq xidmətlərinin təklifi və s. üzrə Azərbaycan bazarının lideri kimi tanınmışdır. 2011, 2012 və 2013-cü illərdə PAŞA Bank "EMEA Finance" tərəfindən "Azərbaycanın ən yaxşı investisiya bankı" elan olunub. Həmçinin PAŞA Bank 2013-cü ildə "World Finance"ın versiyası üzrə "Best Private Bank in Azerbaijan" mükafatına və "Europe Banking Awards 2012" çərçivəsində özünün Korporativ Sosial Məsuliyyət Proqramına görə Avropada ən yaxşı bank adına layiq görülüb. Həmçinin dünyanın aparıcı maliyyə institutlarından biri olan Commerzbank AG tərəfindən təsis olunmuş xüsusi mükafat - «Trade Award» - 2014-cü ilin yekunlarına görə ticarətin maliyyələşdirilməsi sahəsində Azərbaycanın ən fəal bankı kimi PAŞA Banka təqdim olunmuşdur. 2014-2015-ci illərdə "EMEA Finance" tərəfindən "Azərbaycanın Ən Yaxşı Bankı" nominasiyasında qalib kimi PAŞA Bank seçilib. 2016-ci ildə Bank "World Finance" jurnalı tərəfindən "Ən Yaxşı Bank Qrupu" və "Ən yaxşı Kommersiya Bankı", Global Finance jurnalı tərəfindən isə "Ən yaxşı bank" mükafatları ilə təltif olunub. 2017-ci ildə PAŞA Bank EMEA Finance tərəfindən “Azərbaycanın ən yaxsı bankı” mükafatına, “Mərkəzi və Şərqi Avropa və MDB ölkələri üzrə Korporativ sosial cavabdehlik” mükafatına və “Azərbaycanın ən yaxşı investisiya Bankı” mükafatlarına, Global Finance tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına, Euromoney tərəfindən “Azərbaycanın ən yaxsı bankı” adına layiq görülmüsdür. 2018-ci ildə PAŞA Bank Mərkəzi Bank və ABA ilə birgə təşkil olunan müsabiqə çərçivəsində “Təmassız POS terminal infrastrukturu üzrə lider bank”, Global Finance tərəfindən “Azərbaycanın ən yaxşı Bankı” və “Ən yaxşı Private bank”, The Banker tərəfindən “İlin Bankı” adlarına, “Sap Value Award” mükafatına layiq görülüb. Bununla yanaşı, “World Finance” jurnalı PAŞA Bankı 2018-ci il üçün “Azərbaycanın ən yaxşı Kommersiya Bankı” mükafatı ilə təltif etmişdir.

Fəaliyyət göstərdiyimiz müddət ərzində biz ekspert cəmiyyətinin yüksək qiymətlərinə nail olmuşuq. 2018-ci ildə PAŞA Bankın kredit reytinqi Standard & Poor's tərəfindən uzunmüddətli 'BB-' və qısamüddətli 'B' səviyyəsində təsdiq edilmişdir.

PAŞA Bank bu gün 800 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. Biz Bankın ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üzərində hər gün işləyirik və artıq bu gün dünya səviyyəli məhsul və xidmətlər təklif edirik. Biz Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, tikinti materialların istehsalı, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsiyik. Azərbaycanın ən gənc, eyni zamanda ən iri banklarından biri olaraq, biz daim "əlimizi" maliyyə və texnoloji dəyişikliklərin "nəbzində tuturuq", bazarın müasir tendensiyaları ilə ayaqlaşmaqla, müştərilərimizin üstünlük verdikləri məsələlərdə məmnuniyyəti daha da artırmaq üçün beynəlxalq təcrübəni və ən yeni texnologiyaları inamla mənimsəyirik.

İşəgötürənin reytinqi