İşin təsviri
İşiniz nədən ibarətdir?
- Yeni ofislər üçün ərazi axtarışı üçün məlumatın toplanmasına və təhlil etməsinə, gələcək (yeni və ya ərazisini dəyişən) filiallar üçün xüsusi ərazilər seçilməsinin təmin edilməsinə dəstək;
- Tələb olunan halda əmlakların icarə prosesinə dəstək olunması;
- Bankın əməkdaşları olan xarici vətəndaşlar üçün kirayə mənzillərin icarəsinin təşkilinə dəstək olunması;
- Bankın mülkiyyətində və icarə əsasında istifadəsində olan Tikinti-təmir sahələrinin müntəzəm olaraq ziyarət etməklə, tikinti-təmir layihələrinə (məsələn, yeni tikinti, mövcud binanın təmiri) nəzarət edilməsi;
- Bank daxili istifadə edilən sistemlərdən (EDMS/JİRA/S.F.PR) daxil olan sorğuların təhlili və yerinə yetirilməsi;
- Bankın təşkilatçılığı ilə keçirilən tədbirlərdə digər struktur bölmələrinə inzibati təşkilatçılıq üzrə dəstək təmin edilməsi;
- Bankın əməkdaşlarının ölkə daxili və ölkə xarici səfərlərinin təşkil edilməsi, səfərlər üçün tələb edilən müvafiq təyyarə biletləri, qatar biletləri, avtomobil icarəsi və digər nəqliyyat vasitələri ilə təmin edilməsinə dəstək olunması;
- Bankın əməkdaşlarının ölkə daxili və ölkə xarici səfərlərinin təşkili zamanı otel rezervasiyalarının təmin edilməsinə dəstək olunması;
- Bankın əməkdaşlarınin ölkə xarici səfərlərinin planlaşdırılması zamanı VİSA xidmətlərinin təşkil edilməsində dəstək olunması;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat, maliyyə və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: 0 – 2 il;
- Xarici dil: Xarici dil bilikləri arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office;
- Digər: Güclü ünsiyyət bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.