İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbar, mətbəx və digər sahələrdə təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunmasına nəzarət etmək;
- İstehsal və xidmət proseslərinin beynəlxalq standartlara (ISO, HACCP və s.) uyğunluğunu təmin etmək;
- Risklərin təhlilini aparmaq, uyğunsuzluqları aşkar edib hesabat hazırlamaq;
- Təhlükəsizlik texnikası, təlimatlar və qaydaların hazırlanmasında iştirak etmək;
- Gündəlik istehsal proseslərində istifadə olunan xammal və məhsulların keyfiyyət göstəricilərini izləmək;
- Uyğunsuzluqlar aşkar edildikdə məsul şəxslərə məlumat vermək və düzəldici tədbirləri nəzarətdə saxlamaq;
- Mətbəx, anbar və servis zonalarında gigiyena və təmizlik səviyyəsini mütəmadi qiymətləndirmək;
- Keyfiyyət üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (Qida mühəndisi, Mikrobioloq, Kimya mühəndisi üstünlükdür);
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət standartları üzrə biliklər;
- Komandada işləmək bacarığı, məsuliyyətlilik və operativlik;
- MS Office proqramları ilə işləmə bacarığı.
Şərtlər:
- İş yeri: Xankəndi
- İş saatları 08:00-17:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı 700-900 AZN
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur.