Xərclərə nəzarət üzrə operator

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Yeməklərin hazırlanması üçün istifadə olunan ərzaq miqdarına uyğun xərc cədvəllərinin tərtibinə dəstək vermək; 
  • Gündəlik və aylıq xərclərin izlənilməsi və təhlilində iştirak etmək; 
  • Ay sonu anbar qalıqlarının yoxlanılmasına kömək etmək və faktiki qalıqları sistemdəki məlumatlarla müqayisə etmək; 
  • Uyğunsuzluqları aşkar etmək və hesabat hazırlamaq; 
  • Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflər vermək; 
  • İstehsalat və anbar əməliyyatlarının effektiv idarə olunmasına dair məlumat toplamaq və təhlil aparmaq.

Tələblər: 

  • Yaş: 19 - 25 
  • Təhsil: Ali (Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahədə təhsil - son kurs tələbələri və ya yeni məzunlar üstünlükdür); 
  • Analitik düşünmə və təhlil bacarığı; 
  • İiko proqramı ilə işləmə bacarığı; 
  • Restoran və keytrinq sahəsində maliyyə nəzarətinə maraq; 
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı. 

İş şəraiti:

  • İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23;
  • İş qrafiki: 6 günlük;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • Maaş: 500-600 Azn (Namizədin bilik və təcrübəsinə uyğun müəyyən ediləcək)

Uyğun namizədlər CV'lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına vakansiyanın adını qeyd edərək göndərə bilər. 

Concept Consulting and Management tərəfindən digər vakansiyalar