Texniki təchizat mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
  • Mütəmadi olaraq bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq; (yerli və xarici bazar)
  • Mütəmadi olaraq bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
  • Mütəmadi olaraq yerli və xarici bazarın monitorinqini aparmaq.
  • Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;
  • Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
  • Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
  • Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
  • Azərbaycan, rus və ingilis dilləri sərbəst danışıq və yazı səviyyəsində bilməli;
  • Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
  • Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Texniki təchizat mütəxəssisi) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi

Tufandag Mountain Resort tərəfindən digər vakansiyalar