Patrul

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Xizək yollarının müştərilərin istifadəsinə verilməsindən öncə aşkarlanmış uyğunsuzluqlar haqqında aidiyyatı üzrə məlumat vermək və gündəlik yoxlama blankında qeydiyyatın aparılması;
  • Təbii qar yağdığı zaman xizək yollarında (dağlarda) qar uçqunu riskinin yoxlanılması və məlumat vermək;
  • Müştəri məmuniyyətini daima qorumaq;
  • Xizək yollarının açılışı və bağlanışı zamanı prosedura uyğun olaraq təsdiq olunmuş formaya müvafiq məlumatların düzgün və dəqiq vaxtının qeydiyyatı və aidiyyatı üzrə təqdim olunması;
  • Xizək yollarında baş vermiş hadisələrin qeydiyyata alınması;
  • Gün ərzində xizək yollarından istifadə edən müştərilərə nəzarət edilməsi və xəsarət almış şəxslərə ilkin tibbi yardımın göstərilməsi və müvafiq vasitələrlə (barketa, topoqan və s.) tibb otağına çatdırılması;
  • Mövsümün sonunda xizək yollarındakı təhlükəsizlik çəpərlərinin və yol göstərici işarələrin müvafiq qaydada yığılması;
  • Gün ərzində xizək yollarında baş vermiş hadisələr və aşkarlanmış pozuntular haqqında dərhal rəhbərinə məlumat vermək;
  • İş vaxtı ərzində Fərdi Mühafizə Vasitələrindən (FMV) istifadə etmək;
  • Fövqəladə hallar üçün ilkin tibbi yardım, təhlükəsizlik və xilasetmə avadanlıqlarının yerində olmasını yoxlamaq;
  • İş alətlərinin daima təmiz və normal işlək vəziyyətdə olmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Xizək və ya snowbord sürməyi bacarmalı 
  • Hava və ətraf mühit barədə məlumatları təhlil etmək sahəsində təcrübə;
  • İlkin tibbi yardım göstərməklə və təcili evakuasiya prosesini idarə etməklə və s. tədbirlər ilə müştərinin sağlamlığını təmin etmək;
  • Qonaqpərvərlik və restoran sektorunda təcrübəsi olan namizədlərə üstünlük verilir.
  • Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür);

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Patrul (Bələdçi)) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi