İşin təsviri
Öhdəliklər
- Mağazaların POS terminallarla təmin olunması və ləğv edilməsi, yaranmış problemin həll olunması, sənədləşmə işlərinin icrası, nasaz terminalların təmirə gedib geri dönüşünün izlənməsi
- Pos terminal bank əməliyyatlarının gündəlik SAP sisteminə işlənilməsi və pos terminal xidmət haqlarının düzgün hesablanmasına nəzarət etmək
- Mühasibatlıq tərəfindən tələb keçilən ezamiyyə ödənişlərinin hr tərəfindən əldə edilmiş hesab bazasına əsasən yoxlanılaraq icrasını təmin etmək, Sap-də gərəkli işləmlərin edilməsi
- Bank tərəfindən aylıq pos terminallardan mədaxil olunan və geri qayıdan məbləğlərin sistem üzrə yoxlanışını etmək, çıxan fərqləri araşdırıb banka sorğu keçmək həllini təmin etmək.
- Mühasibatlıq tərəfindən göndərilən sorğuları cavablandırmaq, istənilən terminal üzrə hesabatları təqdim etmək. Ehtiyac olduğu təqdirdə mağazalarda pos terminallar üçün texniki baxış keçirilməsini, dəyişdirilməsi təmin etmək
- Müştərilərin və mağazaların pos terminalla olunmuş əməliyyatla bağlı yaranmış problemllərini bankla araşdıraraq həll etmək, kassa artığını mühasibatlıqla araşdırıb iki dəfə tutulan vəsaitləri geri qaytarmaq, sistem üzrə kassa artığından azaldılması
- Mütəmadi pos terminal reyestrini hazırlamaq, müəyyən dövrlərdə(ildə 2-3) mağaza ilə sayım edib aktlaşdırmaq, əskik pos terminallarla bağlı məlumatı üst rəhbərə təqdim etmək
- Mühasibatlıq tərəfindən göndərilən yerli ödənişlərin müqavilə, rəsmi kreditor əsasında yoxlanılıb SAP üzrə rəhbərliyə göndərilməsi və təsdiqləndikdən sonra icra etmək
- Kassa və bank əməliyyatlarına nəzarət, qalıqların doğruluğunu yoxlamaq.
Tələblər
- Ali təhsil (İqtisadiyyat/ Maliyyə/ Mühasibatlıq)
- Mühasibatlıq sahəsində 2-3 il iş təcrübəsi
- SAP bilikləri üstünlükdür
- Komanda ilə işləmə bacarığı
- Ünsiyyət bacarığı
Təminatlar
- Nahar ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük iş qrafiki
- Servis xidməti mövcuddur
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Likvidlik şöbəsi/ Əməliyyatlar üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.