Müştəri xidməti təmsilçisi

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 31.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 Əsas öhdəliklər:

  • Şirkət və müştəri arasında əlaqə rolunu oynamaq, məhsul/xidmətlər haqqında məlumat vermək, sualları cavablandırmaq və müştərilərin üzləşə biləcəyi hər hansı problemi dəqiqlik və səmərəliliklə həll etmək;
  • Əla xidmət standartlarını təmin etmək, müştəri sorğularına səmərəli cavab vermək və yüksək müştəri məmnuniyyətini qorumaq;
  • Çox sayda daxil olan telefon zənglərini idarə etmək və satış potensialını artırmaq;
  • Məmnuniyyətə nail olmaq üçün müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və qiymətləndirmək;
  • Açıq və interaktiv ünsiyyət vasitəsilə müştərilərlə davamlı və etibarlı əlaqələr qurmaq;
  • Düzgün metodlardan/alətlərdən istifadə etməklə dəqiq, etibarlı və dolğun məlumat vermək;
  • Müştəri şikayətləri ilə məşğul olmaq, vaxt çərçivəsində müvafiq həllər və alternativlər təqdim etmək;təklif olunan həllərin təmin olunmasına daim nəzarət etmək;
  • Müştərilərlə qarşılıqlı əlaqələrin və müvafiq sənədləşmənin qeydlərini aparmaq, müştəri hesablarını emal etmək;
  • Ünsiyyət prosedurlarına, təlimatlara və siyasətlərə əməl etmək;
  • Müştəriləri cəlb etmək üçün effektiv addımlar atmaq;

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.
  • İT xidmətləri haqqında anlayışın olması arzu olunandır;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi;
  • Telefon vasitəsilə effektiv ünsiyyətin qurulması və dinləmək bacarığı;  
  • CRM sistemləri ilə işləmə bacarığı və təcrübə;
  • Müştəri yönümlülük;

Təcrübə:

  • Müştəri xidmətləri istiqaməti üzrə minimum 2-3 il iş təcrübəsi;

Son müraciət tarixi: 15 Fevral 2023-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Email: [email protected]