İşin təsviri
Əsas öhdəliklər:
- Yeni müştəri bazasının müəyyən edilməsi və ilkin əlaqələrin qurulması;
- Hədəf bazarlar üzrə araşdırmaların aparılması və sektor analizinin hazırlanması;
- Potensial müştərilər üçün təqdimat materiallarının hazırlanması və təqdimatların keçirilməsi;
- Satış strategiyalarının hazırlanması və tətbiq edilməsi;
- CRM sistemində bütün müştəri məlumatlarının və satış proseslərinin dəqiq qeyd olunmasının təmin edilməsi;
- Müqavilələrin hazırlanması, bağlanması və bu istiqamətdə danışıqların aparılması;
- Mövcud müştərilərlə münasibətlərin qorunması və əlavə satış imkanlarının müəyyən edilməsi;
- Müştəri tələbləri əsasında texniki komandaya geribildirimlərin verilməsi və uyğun həllərin hazırlanmasına dəstək göstərilməsi;
- Aylıq və rüblük satış hesabatlarının hazırlanmasış
- Rəqib analizi və bazar təhlilinin aparılması yolu ilə satış yanaşmalarının təkmilləşdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Minimum 3 il B2B satış təcrübəsi (bulud xidmətləri və ya texnologiya sahəsində üstünlükdür)
- CRM platformalarından (HubSpot, Salesforce və ya ekvivalent) istifadə təcrübəsi
- Bulud xidmətləri modelləri (IaaS, SaaS və s.) haqqında əsas anlayış
- MS Office alətləri, xüsusilə Excel və PowerPoint üzrə yaxşı biliklər
- Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
- Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
- Təşəbbüskar olmaq;
- Təqdimat bacarıqları;
- Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
- Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Məntiqi və analitik düşünmə tərzi.
Təcrübə:
- Minimum 3 il B2B satış təcrübəsi (bulud xidmətləri və ya texnologiya sahəsində üstünlükdür);
- Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.
Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.