Tender Təchizatı üzrə Mütəxəssis (Tibbi Ləvazimat)

  • Azfar Med
  • Elanın qoyulma tarixi: 27.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali iqtisadi təhsil;
  • Satınalma və təchizat sahəsində 3 illik iş təcrübəsi;
  • Dərman və tibbi ləvazimatların sahəsində biliklər;
  • Xarici bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
  • Yüksək səviyyədə MS Excel, MS Word proqramlarıı üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Xarici şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
  • Sifariş üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
  • Sifariş olunan məhsulların qeydiyyatına və digər sənədlərə nəzarətin edilməsi;
  • Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
  • Təchizatçılarlardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət edilməsi;
  • Malların vaxtında çatdırılmasına, yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət.

İş şəraiti:

  • İş yeri: Vurğun Residence 
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir ( 1500-2000 manat )

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində vakansiyanın adını “Tender Təchizatı üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Email: [email protected]