İR mütəxəssis

İşin təsviri

Öhdəliklər:

  • Şirkət əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək və nəticələr üzrə tədbirlər görmək:
  • Fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Fəaliyyətin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına nail olmaq məqsədilə müvafiq maarifləndirmə işlərini həyata keçirmək;
  • İşçilərin peşəkarlığını və fərdi keyfiyyətlərini inkişaf etdirmək:
  • Xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi proseslərinin nəticələrinə əsasən meydana çıxmış inkişaf ehtiyaclarına, həmçinin, struktur bölmələr tərəfindən edilən müraciətlərə əsasən işçilərin inkişaf ehtiyacları ilə əlaqədar təhlillər aparmaq və zəruri tədbirləri görmək
  • Təsdiqlənmiş təlim planını icra etmək;
  • İşçilərin maddi motivasiyasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin icrası və mükafatlandırma sistemini hazırlamaq:
  • İşçilərin mükafatlandırılması üzrə qayda və prosedurların hazırlanmasında iştirak etmək;
  • Mükafat sisteminə təsir edən faktorları müəyyənləşdirmək.
  • Adaptasiya proqramını (işə uyğunlaşdırma proqramı) təşkil etmək:
  • Yeni işçilərin peşə vərdişi əldə etməsi üçün onları daha təcrübəli işçilərə həvalə edilməsini və bunun nəticələrinin sənədləşdirilməsini təmin etmək;
  • Yeni işçilərin müvafiq qayda və təlimatlarla (Cəmiyyət, onun fəaliyyəti, daxili intizam qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası və s.) tanış edilməsi və təlimatlandırılmasını və bu məqsədlə əlaqədar struktur bölmələrin cəlb edilməsini təmin etmək;
  • Şirkət üzrə əsas fəaliyyət göstəriciləri metodikasının hazırlanmasında və tətbiqində iştirak etmək:
  • Şirkət üzrə əsas fəaliyyət göstəricilərinin planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi proseslərində iştirak etmək və digər şöbələrə dəstək olmaq.
  • Şirkətin növbəti period üzrə strategiyasının hazırlanmasında iştirak etmək və strategiyanı dəstəkləyən təşəbbüslər hazırlamaq:
  • Effektivliyin artırılması məqsədilə proseslərin optimizasiyası üçün daim həll yollarını axtarmaq və təkliflər vermək.
  • Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək, təşəbbüslərdən irəli gələn zəruri tədbirlər planını hazırlamaq, icra etmək və nəticələrini təhlil etmək.
  • İnsan resurslarının idarəedilməsi üzrə daim innovativ yanaşmalar tətbiq etmək, dünya üzrə digər şirkətlərin təcrübələrini öyrənmək və yeniliklərlə bağlı təkliflər vermək.
  • Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların düzgün və vaxtında cavablandırmasını təmin etmək. 

Tələblər:

  • İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
  • KPİ sisteminin tətbiqi bacarığı;
  • GRADE sisteminin tətbiqi bacarığı;
  • İnsan resurlsları sahəsi üzrə ən azı 3 il peşəkar təcrübə;
  • İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
  • Təhlil etmə və təşkilatçılıq bacarıqları;
  • Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
  • MS Office programları üzrə biliklər;
  • Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, inglis dili arzuolunandır

İş şəraiti:

  • İş qrafiki:  5 günlük iş qrafiki (09:00-18:00)
  • Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A).

Əmək haqqı namizədin bilik, bacarıq və praktik iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Namizədlərdən “İR mütəxəssis” yazaraq  CV-lərini göndərmələri xahiş olunur.

Email: [email protected]