Korporativ satış meneceri

İşin təsviri

İş barədə məlumat:

  • Korporativ müştəri bazasının inkişaf etdirilməsi və mövcud müştərilərlə əlaqələrin saxlanılması;
  • Görüşlərin, təqdimatların keçirilməsi və tenderlərdə iştirak;
  • Kommersiya təkliflərinin və media planlarının hazırlanması;
  • Satış üzrə müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Şirkət rəhbərliyi səviyyəsində danışıqların aparılması və müqavilələrin bağlanması;
  • Kampaniyaların icrası üçün daxili şöbələrlə qarşılıqlı əməkdaşlıq.

İş şəraiti:

  • Rəqabətədavamlı əməkhaqqı + satışdan bonuslar;
  • İş qrafiki: Bazar ertəsi – Cümə, saat 09:00–18:00;
  • İş yeri: Rəsul Rza 75, Winter park plaza
  • Peşəkar komanda və inkişaf imkanları.

Namizədə tələblər:

  • Reklam sahəsində minimum 3 il iş təcrübəsi (arzuolunandır: outdoor / media / agentlik);
  • Ofis proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint). Azərbaycan, Rus (İngilis arzuolunandı) dil bilikləri;
  • Strukturlaşdırılmış və satış yönümlü təqdimatlar hazırlamaq bacarığı;
  • İnkişaf etmiş ünsiyyət və danışıqlar aparma bacarıqları;
  • İnisativlilik, nəticəyə yönümlülük və çoxsaylı tapşırıqlar şəraitində işləmək bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.