Korporativ satış meneceri

İşin təsviri

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Korporativ müştərilərlə iş üzrə minimum 3 il təcrübə
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Əla səviyyədə Azərbaycan və rus (ingilis dili biliyi yüksək);
  • Ünsiyyətcil, işgüzar, səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə uzunmüddətli əlaqələrin qurulması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Müştərilərlə zəng və ya email vasitəsi ilə ilkin əlaqənin qurulması;
  • Müştəri ilə təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla biznes görüşlər keçirmək;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun turizm xidmətləri təklif etmək;
  • Tur xidmətlərinin satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması,təklif əsasında müqavilənin, sənədlərin hazırlanması;

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 günü
  • İş vaxtı: 10:00-dan 19:00-dək və ya 09:00-dan 18:00-dək
  • Əmək haqqı: Namizədin bilik,bacarığına və təcrübəsinə əsasən müsahibə əsasında müəyyən ediləcəkdir.
  • Ünvan: İsmayıl Bəy Qutqaşınlı 507-511, Altes plaza, Baku Holiday Travel

Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Korporativ satış meneceri” qeyd etməklə CV-lərini elektron ünvanına göndərməyi xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.