Müştəri xidmətləri üzrə mütəxəssis

İşin təsviri

Tələb olunan keyfiyyətlər:

  • Azərbaycan, Rus və İngilis dillərini yüksək səviyyədə bilmək.
  • Sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları.
  • Problem həll etmə bacarığı
  • Komanda ilə işləmək bacarığı və müstəqil olaraq tapşırıqları yerinə yetirmək bacarığı.
  • Məlumatların dəqiq və vaxtında emal olunması bacarığı.       

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətlərinə gələn zənglərin cavablandırılması və sosial şəbəkələrdə olan sorğuların idarə olunması.
  • Şirkətin rəsmi vebsaytından gələn rezervasiya müraciətlərinə dəstək və yönləndirmə edilməsi.
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
  • Müxtəlif sorğuların keçirilməsində iştirak edilməsi 
  • Daxil olan zəngləri danışıq skriptlərinə uyğun şəkildə cavablandırılması.
  • Müştərilərə məhsul və xidmətlər, eləcə də mövcud kampaniyalar haqqında düzgün və dolğun məlumat verilməsi.
  • Məhsul və xidmətlərlə bağlı mütəxəssis dəstəyinə ehtiyac olduqda müştərilərin müvafiq qaydada yönləndirilməsi.

İş şəraiti:

  • Iş günləri : Həftənin 6 günü
  • Iş vaxtı: Növbəlidir
  • Əmək haqqı: 800 AZN  
  • Ünvan: Winter park plaza,Baku Holiday Travel

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində " Müştəri xidmətləri üzrə mütəxəssis " qeyd edərək CV-lərini qeyd edilmiş elektron ünvanına göndərmələri xahiş olunur.