SƏTƏM üzrə aparıcı mütəxəssis (Şamaxı)

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Əməyin  mühafizəsi qaydalarının tələblərinə uyğun olmayan fəaliyyəti qadağan  edir.
  • Əməyin  təhlükəsizliyi norma və qaydalarının tələblərinə uyğun olmayan avadanlıq və qurğuların işi işçilərin sağlamlığı və həyatı üçün təhlükə törədərsə, aşkar edilmiş  pozuntular  aradan  qaldırılanadək  işi  dayandırır.
  • Potensial  təhlükələrin aradan qaldırılması üçün önləyici fəaliyyətin hazırlanmasında iştirak  edir.
  • Mövcud qanunvericiliyə müvafiq olaraq əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması və həyata keçirilməsini təmin edir.
  • Əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə görülən işlər zamanı sexlərin, sahələrin, qurğuların, iş yerlərinin, istehsalat avadanlıqlarının, maşınların mexanizmlərin, sanitariya-gigiyena və məişət otaqlarının təhlükəsizlik qayda, norma və standartlarının tələblərinə uyğun olmaları, kompleks təşkilati,texniki, sanitariya-gigiyena, sosial-iqtisadi və digər tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə nəzarəti təmin edir.
  • Əmək şəraitinin və mühafizəsinin öyrənilməsini həyata keçirir, işlərin təhlükəsiz aparılmasına nəzarət edir, təmir-plan qrafikinə müvafiq qüsur cədvəllərini təsdiqləyir.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası sahələri üzrə qabaqcıl iş metodlarını öyrənir və tətbiq edilməsi üçün tədbirlər hazırlayır.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar sağlamlaşdırma tədbirləri üzrə «Nomenklatur-tədbirlər planının» və ya kompleks planın işlənib hazırlanmasını təşkil edir. Onların yerinə yetirilməsinə nəzarət edir və nəticələri barədə hər rübdə müəssisə rəhbərliyinə  məlumat verir.
  • Sanitar texniki pasportların bölmələrinin düzgün və vaxtında doldurulması üçün ayrı-ayrı qurğu və sahələrin sanitar texniki vəziyyətinin pasportlaşdırılması işlərini nəzarətdə saxlayır.
  • Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
  • Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq
  • Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
  • Qəza hallarının aradan qaldırılması planının işlənib hazırlanmasını və ona düzəlişlər edilməsini, eyni zamanda bu plana uyğun təlim məşqlərinin keçirilməsini nəzarətdə saxlayır.
  • Əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə sənədlərin olmasını və onların düzgün aparılmasını nəzarətdə saxlayır.
  • Əmək mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin iş planını tərtib edir və təsdiq üçün direktora təqdim edir.
  • Təhlükəsiz və sağlam iş şəraitinin yaradılması üçün metodik-təşkilatı rəhbərlik işlərini həyata keçirir.
  • İşə təzə qəbul olunan işçilər və qulluqçular üçün əmək mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası üzrə giriş təlimat vermə keçir.
  • Müəyyən olunmuş forma və göstəricilər üzrə hesabatları tələb edilən ünvanlara  təqdim etmək üçün vaxtında tərtib edilməsini təmin edir.
  • Otelin işçilərinə Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə müxtəlif təlimləri keçirməlidir.

Təminatlar:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
  • Bakı-Şamaxı, Şamaxı-Bakı istiqamətində (İstirahət günlərində) gediş gəliş.
  • Qalmaq üçün yer,
  • Qidalanma (gündə 3 dəfə)
  • Tibbi sığorta
  • Mobil nömrə

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Əməliyyatlara uyğun 8 saatlıq iş rejimi,
  • İş yeri Şamaxı şəhərində yerləşir 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə aparıcı mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur.

Şamaxı və Şamaxıya yaxın ərazidə olan namizədlərə üstünlük veriləcəkdir.

Email: [email protected]

İşəgötürənin reytinqi

Shamakhi Palace Sharadil Hotel tərəfindən digər vakansiyalar