Təchizat üzrə mütəxəssis (Təmir -tikinti sahəsində)

  • Qala Group
  • Elanın qoyulma tarixi: 19.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər: 

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
  • Açılmış sifariş formalarının analizi;
  • Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
  • Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
  • Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
  • Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi;
  • Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil
  • Təchizatın xüsusən Tikinti-Təmir sahəsində ən az 3 il iş təcrübəsi
  • 25-40 yaş
  • Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
  • Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
  • Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
  • Bazarı təhlil etmək bacarığı
  • Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
  • Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
  • Dil bilikləri: Ingilis, Azərbaycan və Rus dilləri – yaxşı səviyyədə
  • MS Office proqramları, 1C biliyi
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları

İş rejimi - həftədə 5 günlükdür

iş saatları - 09.00-18.00

1 saatlıq nahar fasiləsi

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Namizədlərdən şəkilli CV-lərini “Təchizat üzrə mütəxəssis” mövzusu ilə göndərmək xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Email: [email protected]

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar