İnsan resurları üzrə mütəxəssis (menecer)

  • Company
  • Elanın qoyulma tarixi: 13.01.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri:

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
  • İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır, əmək kitabçaları əmrlər əsasında doldurur;
  • Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;  
  • Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini, işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
  • İş fəaliyyəti ilə bağlı vaxtaşırı birabaşa rəhbərə hesabat hazırlayıb təqdim edir, Kadrlar üzrə hesabatları tərtib edir.
  • Vakansiyalar ilə bağlı iş elanlarının yerləşdirilməsi, müsahibələrin keçirilməsi; Əmək qanunvericiliyinə, nizamnamə və təlimatlara əsasən işçilərin işə qəbulu.Yeni işçilər üçün adaptasiya proqramının həyata keçirilməsi.
  • Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  hüquqauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
  • Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir.
  • Qanunvericilikdən irəli gələn digər işləri yerinə yetirir.

Tələblər:

  • Hüquq sahəsində ali təhsili;
  • İnsan resursları/hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.)
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti; 
  • Komandada işləmək bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “HR mütəxəssis” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Email: [email protected]