Təcrübəli kadrlar üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
  • Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;  
  • Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək; 
  • Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az  elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin  sənədləşdirilməsini təmin etmək;
  • Maddi məsuliyyət və  onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
  • Məzuniyyət qrafikinin hazırlanması və qeydiyyatının aparılması;
  • Emas.sosial.gov.az, İsb.az və Yoxlama.gov.az portalları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;
  • Aylıq tabellərin hazırlanması; 
  • E-gov portalında xəstəlik vərəqələrinin, eyni zamanda sosial və birdəfəlik müavinətlərinin işlənməsi;
  • 1c proqramında kadr üzrə əməliyyatların aparılması;
  • Əmək kitabçalarının açılması və doldurulması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
  • MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi; 
  • Azərbaycan dili, rus və ingilis dili biliyi arzuolunandır;
  • Kadr kargüzarlığı sahəsində minimum 1-2 il təcrübəsi olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Analitik düşüncə və düzgün qərar vermə bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Problemləri təhlil və həll etmə bacarığı;
  • Məsuliyyətli və loyallıq;

Biz Sizə nə təklif edirik:

  • Peşəkar, mehriban komandada iş;
  • Etibarlı şirkətdə karyera yüksəlişi;

İş şərtləri:

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 600 azn

CV-lərinizi elektron ünvanına  “Təcrübəli kadrlar üzrə mütəxəssis” başlığı altında göndərməyiniz xahiş olunur.

Email: [email protected]