İnzibati işlər üzrə kiçik mütəxəssis

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş vaxtı: I - V günlər 09:00 - 18:00
Əmək haqqı: 500 -  AZN – dən başlayaraq
Tabeçilik: İnsan Resursları və İnzibati şöbənin müdirinə

İşin təsviri:

  • Kargüzarlıq işini təşkil etmək;
  • İşçilərin şəxsi işlərini tərtib etmək;
  • Şirkət daxili prosedur və qaydaların hazırlanmasında iştirak etmək;
  • Şəxsi işlərin arxivini aparmaq;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və nöqsan və uyğunsuzluqlar barədə rəhbərinə hesabat verir;
  • Korporativ taksi və kuryer şirkətləri ilə əlaqə saxlayıb sifarişlərin verilməsi;
  • Xaric olunan məktubların hazırlanması, nömrələnməsi, qeydiyyata alınması və göndərilməsi;
  • Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsinə yardım göstərmək;
  • Cəmiyyətin inzibati ofisində arxiv işinin təşkil edərək aparmaq;
  • Şirkətə daxil olan məktub, şikayət və ərizələrə baxılması və müvafiq tədbirlərin görülməsi, inzibati və təsərrüfatçılıq sahəsində təşkilatın rəhbərliyinin digər tapşırıqlarını yerinə yetirmək
  • Dövlət orqanlarından təşkilata daxil olan fərman, qərar və sərəncamların qeydiyyatını və uçotunu, onların rəhbərliyə və departamentlərə çatdırılmasını təmin etmək;
  • Cəmiyyətin daxilində və xaricində zəruri sənədlərin saxlanılmasını, çatdırılmasını və daşınmasını təşkil etmək;
  • Cəmiyyətin daxil olmuş, habelə icrası zəruri olan sənədlərin icra olunmasına uçot-nəzarət işini təşkil etmək;
  • Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq, Rus dili və İngilis dili.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)

Email: [email protected]