İşin təsviri
İşin təsviri:
- Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;
- Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;
- Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
- Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;
- İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
- Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
- Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
- Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
- Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.
Namizədə dair tələblər:
- Ali təhsil
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus dili və İngilis dili arzuolunandır);
- Daxili və xarici daşımalar üzrə biliklər;
- Gömrük bəyannaməsi haqqında minimum biliklər;
- İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini e-mail ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.