İşin təsviri
İşin təsviri:
- Açılan sifarişlərin tələblərinin vaxtında və dəqiq təchiz edilməsini təmin etmək;
- Xarici və daxili şirkətlərlə əlaqələr, əməkdaşlıqlar qurmaq, partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq və müqavilələr hazırlayıb təsdiq etdirmək;
- Partnyor şirkətlərin məlumat bazasını yaratmaq;
- Sifarişlər üzrə bazar araşdırması aparmaq və yeni tədarükçülər tapmaq;
- Rəhbərlik tərəfindən verilmiş mövzu ilə bağlı tədqiqaqtlar aparmaq və nəticələr barədə hesabatlar hazırlamaq;
- Təchizatçı şirkətlərlə işgüzar yazışma və danışıqlara rəhbərlik etmək;
- Qiymət araşdırması etmək və tenderləri idarə etmək;
- Avadanlıq və mal - material tədarükçülərinin axtarışına nəzarət etmək;
- Təchizat müqavilələrinin şərtlərinin təhlilinə və tədarükün etibarlılığına dair təlimat vermək;
- Təchizatçılardan sifarişlərin hazırlanmasına və vaxtında yerləşdirilməsinə nəzarət etmək;
- Təchizatçılarla müqavilələrin bağlanmasını əlaqələndirmək, sifarişlərin icrası və çatdırılma nəticələrini təhlil etmək və bu barədə rəhbərliyə hesabat vermək;
- Malların daşıyıcısını müəyyənləşdirmək;
- Daşınma, ekspeditor və malların daşınması ilə əlaqədar digər xidmətlər üçün müqavilələrin bağlanmasına nəzarət etmək;
- Nəqliyyat planlarının işlənib hazırlanmasına nəzarət etmək;
- Nəqliyyatın texnoloji prosesini təşkil etmək;
- Nəqliyyat və texnoloji prosesin sənəd dövriyyəsini təmin etmək;
- Nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək;
- Məhsulların daşınması şərtlərini müəyyənləşdirmək, geri qaytarılmış məhsulların qəbulu və yerləşdirilməsi üzrə işləri əlaqələndirmək, yenidən işlənməyə göndərmək;
- Logistikada risk menecmentini həyata keçirmək - avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
- Malların daşınması zamanı məhsulların saxlanması və daxili hərəkəti zamanı təhlükəsizliyinin təmin edilməsi tədbirlərini təşkil etmək;
- Tabeliyində olan işçilərə rəhbərlik etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Sahə üzrə azı 3 il iş təcrübəsi;
- MS Office proqramları üzrə bilik;
- Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
- Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərini bilməlidir;
- Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
- MS Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
- Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir
- Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
Zavod Oğuz rayonunda yerləşdiyi üçün tez-tez ezamiyyə və səfərlər üçün uyğun namizədlərin müraciət etmələrini xahiş edirik.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.
(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin)