Rele mühafizəsi və avtomatika aparatlarının təmiri üzrə elektrik montyoru

İşin təsviri

 

Rele mühafizəsi və avtomatika aparatlarının təmiri üzrə elektrik montyoru

6-ci dərəcə

İşin xüsusiyyəti:

• Rele mühafizəsi və avtomatikanın çox mürəkkəb aparatlarının qüsurlarını aşkar etməklə aradan qaldırılması, hissələrin yeyilmə səbəbləri və dərəcəsinin müəyyən edilməsi.
• Elektron aparatlarının təmiri.
• Relelərin mexaniki və elektrik hissələrinin, yüksək tezlikli mühafizə bloklarının, cihaz və aparatların nasazlıqlarının müəyyən edilməsi və onların təmiri üzrə ən mürəkkəb işlərin yerinə yetirilməsi.
• Mürəkkəb hissələrinin bərpası.
• Çox mürəkkəb mühafizə panellərinin quraşdırılması.
• İstənilən mürəkkəblik dərəcəsindən olan rele mühafizəsi və avtomatika qurğularının bütün növlərinin təmiri.
• Elektron-ölçü aparatları, osilloqraflar, yüksək tezlik ölçənləri və generatorları ilə işləmək.
• Çox mürəkkəb yoxlama aparatlarının təmiri və sazlanması.
• Rele mühafizəsi və avtomatikada tipik olmayan xüsusi sınaq aparmaq üçün mürəkkəb sxemlərin yığılması.
• Rele mühafizəsi və avtomatikanı yoxlamaq üçün kompleks qurğulardan istifadə etməklə onlara xidmət göstərilməsi. Mühəndisin yaxud ustanın rəhbərliyi altında çox mürəkkəb rele mühafizəsi və avtomatika qurğularının yoxlanılması.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:  

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• Rele mühafizəsi, avtomatika və ikinci kommutasiya dövrəsi aparatlarının təmiri, sazlanması, yoxlanması və istismarı üzrə rəhbər göstərişləri;
• bloklama qurğularının vəzifəsini və sxemasını;
• yüksək tezlikli bloklama ilə olan mühafizələrin iş prinsipini;
• enerji sistemində olan keçid rejimləri, yırğalanmalar və sistemin dayanıqlığı haqqında anlayışları;
• rele mühafizəsi və avtomatikanın operativ dövrəsinin və elektrik sxeminin yoxlanılması, təmiri və onlara texniki xidmət ilə əlaqədar olan mürəkkəb hesablamaların metodlarını; vektor diaqramlarının və rele mühafizəsinin xarakteristikasının çıxarılmasını və qurulmasını; inteqral mikrosxemlərdə olan mühafizə və avtomatika panellərinin struktur sxemini.  
 

Əmək haqqı və digər imtiyazlar:

• 660-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.