Əməyin mühafizəsi mühəndisi

İşin təsviri

ŞİRKƏT HAQQINDA MƏLUMAT 

Şirkətin adı: AzMeCo

Fəaliyyət növü: İstehsalat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

Mövcud ola bilən təhlükəli iş şəraitinin qarşısını almaq və ya ona tələb edilən düzəlişlər etmək məqsədi ilə müvafiq mühəndislik prinsiplərini və texnologiyalarını tədbiq edərək əməyin təhlükəsizliyi proqramlarını planlalaşdırmaq, həyata keçirmək və koordinasiya etmək.

• İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırmaq.
• Potensial təhlükə mənbəyi olan iş metodlar, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görmək.
• İstehsalat zədələrin və peşə xəstəliklərin səbələrinin müəyyən edilməsi, onların qarşısının alınması və aradan qaldırılması məqsədi ilə onları təftiş və təhlil etmək.
• Havanın dövriyyəsinin, işıqlandırma sisteminin, və digər işçilərin sağlamlığına, rahatlığına və iş nəticələrinə təsir edə biləcək şəraitlərin tələb edilən səviyyəsində olub olmamasını təftiş etmək.
• Səs-küylük araşdırmalarını, atmosfer müşahidələrini, hava dövriyyəsi araşdırmalarını və bunun kimi digər gigiyena proqramlarını tərtib etmək.
• İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik  standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etmək və qiymətləndirmək.
• Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək.
• Yeni işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək, və bununla əlaqədar dərslikləri tərtib etmək. Analizlər üçün qaz, toz və digər toksik materialların nümünələrinin yığılmasını həyata keçirmək.

TƏLƏBLƏR

• Neft-kimya sənayəsində 4 ildən az olmayaraq iş təcrübəsi
• ali texniki təhsil
• ixtisas üzrə sertifikatların mövcudluğu namizəd üçün üstünlükdür

ƏMƏK HAQQI VƏ DIGƏR IMTIYAZLAR:

• 800-1000 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

ƏLAQƏ VASİTƏLƏRİ

Maraqlı olan şəxslərin CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.