Texnoloji qurğuların operatoru

İşin təsviri

Texnoloji qurğularin operatoru

Şirkətin adı: AzMeCo

Fəaliyyət növü: İstehsalat

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

• İş qaydalarına uyğun olaraq metanolun istehsalı qurğularında texnoloji prosesin aparılması və avadanlığın işinə nəzarət edilməsi.
• Analizlərin nəticəsinə və nəzarət-ölçü cihazlarının göstəricilərinə uyğun olaraq texnoloji rejimə nəzarət edilməsi, xammalın və hazırlanan məhsulların keyfiyyətinə nəzarət edilməsi.
• Xammalın, məhsulun, reagentlərin, katalizatorların, yanacaq, enerji resurslarının sərfinə nəzarət edilməsi.
• Prosesin verilmiş rejimdən yayınmasının xəbərdarlıq edilməsi və aradan qaldırılması.
• Növbənin qəbul edilməsi və təhvil verilməsi jurnalının yazılması.
  
TƏLƏBLƏR

• Orta texniki təhsil
• Xidmət edilən avadanlığın quruluşunu bilməli
• Xammalın və hazırlanan məhsulun fiziki-kimyəvi xüsusiyyətlərini bilməli

ƏMƏK HAQQI VƏ DIGƏR IMTIYAZLAR:

• 400-500 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar

ƏLAQƏ VASİTƏLƏRİ

Maraqlı olan şəxslərin CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.