Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri

İşin təsviri

 

Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri

6-cı dərəcə

İşin xüsusiyyəti:

• Xüsusi təmir-quraşdırma ləvazimatlarından, mexanizmlərindən, takelaj avadanlıqlarından, ölçü vasitələrindən və sınaq qurğularından istifadə etməklə müxtəlif icrada hazırlanmış, istənilən üsulla soyudulan, istənilən güclü və gərginlikli sabit və dəyişən cərəyan elektrik maşınlarının təmiri və yenidən qurulması üzrə xüsusilə mürəkkəb və məsuliyyətli işlərin yerinə yetirilməsi.
• İstənilən gücə malik generatorlarda xüsusi texnologiya üzrə generatorların soyutma sisteminin yenidən qurulması.
• Hər cür prossformaların hazırlanması.
• Generatorların birləşmə avadanlıqlarının təmiri və sınanması.
• Elektrik maşınlarının dolaqlarının, hissələrinin və qovşaqlarının eskiz və sxemlərinin tərtib olunması.
• Elektrik maşınlarının təmirdən sonra sınaqdan keçirilməsi və sazlanması işlərinin görülməsi, onların istismara buraxılmağa hazırlanması.
• Avadanlığın təmiri və sazlanması, təmir ləvazimatalrının, yükqaldıran maşın və mexanizmlərin sazlanması üzrə işlərin təşkil olunması. Xüsusilə mürəkkəb takelaj işərinin yerinə yetirilməsi.

Tələblər

Təhsil:   

• orta ixtisas təhsili olan şəxslərə üstünlük verilir

İş təcrübəsi:  

• müvafiq iş üzrə 3 il iş stajı

Bilməlidir:

• Materiallar müqaviməti haqqında qısa məlumatları;
• elektrik maşınlarının təhvil-təslim və profilaktik sınaqlarının həcmini və onların aparılma üsullarını ;
• elektrik maşınlarının müxtəlif tipli dolaqlarının daxili birləşmə sxemlərini;
• dolağın elektrik keçirici materiallarının minasına (emalına) olan texniki tələblər və qüsurlu izolyasiyanın bərpasını;
• elektrik stansiyasının sexlərinin işlədiyi şəraitdə elektrik maşınlarının təmiri zamanı istifadə olunan bütün avadanlıqların, ləvazimatların, alətlərin, apartaların və ölçmə vasitələrinin əsas texniki xarakterisitkalarının, briqada əməyin təşkilini.

Əmək haqqı və digər imtiyazlar:

• 660-740 AZN xalis
• Tibbi və icbari sığortalar
• Şirkət nəqliyyatı ilə iş yerinə və iş yerindən daşınma
• Şirkət hesabına nahar


Əlaqə vasitələri

Maraqlı olan Şəxslər CV-rini [email protected] ünvanına göndərmələri xahiş olunur.