Sistem inzibatçısı

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 10.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı 
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Linux , Windows, vmWare sistemlərin administrasiyası
  • Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqələrin yaradılması; 
  • Proqram təminatının monitorinqinin məhsuldarlığı;
  • Sistem problemlərinin diaqnostikası və həlli.
  • HTTP-serverlərin idarə olunması

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsinə;
  • Linux sistemlərinin idarəsi və konfiqurasi üzrə biliklərə (RHEL, CentOS, Ubuntu)
  • HTTP-serverlərin idarə olunması üzrə biliklərə (Nginx, Apache + php, Tomcat)
  • LoadBalancer/Failover sistemlərinin idarə olunması üzrə biliklərə (keepalive, peacemaker, haproxy, nginx)
  • Windows, VMware üzrə biliklərə malik olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi