Havalandırma, isitmə və soyutma sistemləri üzrə mexanik

İşin təsviri

İş haqqında məlumat:

  • İstilik sistemlərinin (qazanxana, radiatorlar, istilik xətləri) nəzarətdə saxlanılması və düzgün işləməsinin təmin edilməsi;
  • Soyutma sistemlərinin (split kondisionerlər, chillerlər, soyuq hava anbarları və s.) mütəmadi texniki baxışdan keçirilməsi və nasazlıqların aradan qaldırılması;
  • Havalandırma və ventilyasiya qurğularının (fanlar, hava kanalları, filtr sistemləri) layihəyə uyğun quraşdırılması, təmizliyinin və düzgün işləməsinin yoxlanılması;
  • Mövcud sistemlərdə nasazlıqların (sızma, tıxanma, səs-küy, hava axını problemləri) aşkar edilməsi və aradan qaldırılması;
  • Periodik baxım işlərinin görülməsi: filtr dəyişdirilməsi, kanalların təmizlənməsi, yağlama, balanslaşdırma;
  • Diaqnostik alətlərdən (manometr, anemometr, termometr, multimetr) istifadə edərək sistemin vəziyyətini yoxlamaq.

Namizədə aid tələblər:

  • Orta texniki peşə təhsili və ya ali təhsil (mühəndislik, mexanika sahələri), havalandırma sistemləri üzrə sertifikat (məsələn, HVAC sertifikatı) üstünlükdür;
  • Ən azı 1-3 il oxşar sahədə iş təcrübəsi;
  • Kişi namizəd, yaş aralığı 25-50;
  • Havalandırma sistemləri üzrə (VRF, AHU, chiller) texniki biliklər mütləqdir;
  • Qazanxana sistemləri üzrə biliklər, fan-koil sistemini tanımalı;
  • BMS sistemi (mərkəzi system) üzrə biliklər;
  • Məsuliyyətli, operativ və komandada işləmə bacarığı.

İş şəraiti:

  • Növbəli iş qrafiki  (iş saatı 09:00-21:00, 21:00-09:00)
  • Əməkhaqqı: 1000-1300 AZN (namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək).

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.