İşin təsviri
İş barədə məlumat
- İnzibati bina daxilində 0.4 kV elektrik şəbəkəsinin, paylayıcı xətlərin və bütün daxili elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
- Elektrik xəttlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, təmiri və istismarı;
- Hazır şəkildə quraşdırılmış elektrik sistemlərinə mütəmadi nəzarət və texniki monitorinqin aparılması;
- Şəbəkə və avadanlıqlarda yaranan elektrik nasazlıqlarının operativ diaqnostikası və aradan qaldırılması;
- Elektrik panellərinin (ATS, paylayıcı panellər, qrup panelləri və s.) texniki xidmətinin həyata keçirilməsi;
- İnzibati obyekt daxilində profilaktik baxışların aparılması və risklərin vaxtında aşkar edilməsi;
- Elektrik panellərinin yığılması, kabelçəkmə, markalanma və montaj işlərinin icrası;
- Generator, UPS, stabilizator, işıqlandırma xətləri və digər köməkçi elektrik sistemlərinin yoxlanılması;
- Texniki sənədləşmənin aparılması, görülən işlərlə bağlı hesabatların hazırlanması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
Namizədə tələblər
- Elektrik sahəsində minimum 2 il iş təcrübəsi (obyekt, inzibati bina və ya istehsalat sahəsində təcrübə üstünlükdür);
- Elektrik sxemlərini və prinsipial planları oxumaq və başa düşmək bacarığı;
- Elektrik avadanlıqları, paylayıcı panellər və qoruyucu avtomatlarla işləməkdə praktiki təcrübə;
- Ölçü cihazları (multimetr, kleş, izolasiya ölçən cihaz və s.) və elektrik alətləri ilə sərbəst işləmə bacarığı;
- Elektrik panellərinin yoxlanılması və nasazlıqların dəqiq müəyyənləşdirilməsi bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmə bacarığı;
- Sənədlərlə işləmə, texniki qeydlərin aparılması bacarığı.
İş şəraiti:
- Növbəli iş rejimi, gündəlik 12 saatlıq iş;
- Əmək haqqı: müsahibə əsasənda müəyyən ediləcək;
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Elektrik üzrə Texniki Servis Mütəxəssisi” yazaraq göndərə bilər.