İşin təsviri
Vəzifənin məqsədi:
- Şirkətin İT infrastrukturunun fasiləsiz, təhlükəsiz və stabil fəaliyyətini təmin etmək, server, şəbəkə və istifadəçi mühitlərini idarə etmək, həmçinin texniki dəstək proseslərini optimallaşdırmaq.
Əsas vəzifə öhdəlikləri:
- Windows Server əməliyyat sistemlərinin idarə olunması və texniki dəstəyi.
- Cisco, Unifi və digər şəbəkə avadanlıqları (switch, router, firewall) ilə işləmək, lokal şəbəkələrin qurulması və idarə olunması.
- NGFW cihazlarının iş prinsipinin anlaşılması və təhlükəsizlik qaydalarının tətbiqi.
- Şəbəkə təhlükəsizliyi prinsiplərinə və beynəlxalq İT standartlarına uyğunluğun təmin olunması.
- IP Telefoniya (PBX) sistemlərinin idarə olunması və problemlərin həlli.
- Active Directory, Group Policy və istifadəçi hesablarının idarə edilməsi.
- Office 365 (Exchange Online), OneDrive və SharePoint xidmətlərinin idarə olunması.
- ESXi və VCenter üzərində virtual maşınların yaradılması, konfiqurasiyası və idarə edilməsi.
- Site-to-Site (IPSec) və Remote Access VPN bağlantılarının qurulması və dəstəklənməsi.
- Antivirus və təhlükəsizlik sistemlərinin tətbiqi, monitorinqi və yenilənməsi.
- Backup və bərpa proseslərinin icrası (Veeam Backup).
- İstifadəçilərə gündəlik texniki dəstək göstərilməsi, problemlərin operativ həlli.
Tələblər:
- İnformasiya Texnologiyaları və ya əlaqədar sahə üzrə ali təhsil.
- Sistem və şəbəkə inzibatçılığı üzrə minimum 2–3 il iş təcrübəsi.
- Windows Server, AD, Office 365 və şəbəkə təhlükəsizliyi üzrə praktik biliklər.
- Cisco/Unifi avadanlıqları ilə işləmə bacarığı.
- Virtualizasiya (VMware ESXi) ilə iş təcrübəsi.
- Problemlərin operativ həlli və analitik düşünmə bacarığı.
- Komanda ilə işləmək və yüksək məsuliyyət.
Üstünlük verilir:
- Cisco (CCNA), Microsoft (MCSA), VMware və digər müvafiq sertifikatlar.
- NGFW və təhlükəsizlik monitorinq sistemləri üzrə təcrübə.
- Korporativ mühitdə işləmə təcrübəsi.
Tabeçilik:
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.