Məsul aktuari

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil: Ali təhsil: Riyaziyyat, İqtisadiyyat, Statistika, Biznesin idarə edilməsi, Komputer Elmləri və ya Kibernetika sahəsində bakalavr dərəcəsi. 
  • İş təcrübəsi: 1 ildən artıq rəsmi aktuari təcrübəsi, attestasiyadan keçməsi və aktuari şəhadətnaməsinə sahib olması.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis(yaxşı/əla) və Rus (arzu olunan) dillərində sərbəst  yazı və şifahi danışıq bacarığı.
  • Kompüter bilikləri: MS Office proqramlarında (Excel yüksək səviyədə) işləmək bacarığı, məlumatların təhlili, proqramlaşdırma və SQL üzrə biliklər arzu olunandır.
  • Qanunvericilik: Sığorta qanunvericiliyini və AR Mərkəzi Bankının normativ sənədlərini bilmək.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ehtiyatlarının hesablanması və sığorta tariflərinin əsaslandırılması
  • Təkarsığortaçın tələb olunan və məcmu kapitalının, öz vəsaitinin və zərərlik dərəcəsinin hesablanması. 
  • Təkrarsığorta müqavilələri üzrə təkrarsığortaçının şəxsi tutumuna nəzarətin həyata keçirilməsi.
  • Aktuari fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını müəyyən etmək.
  • Rəhbərlik tərəfindən həvalə edilmiş digər vəzifələri həyata keçirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Könüllü tibbi sığorta.
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: 3000-3500 AZN.

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Məsul aktuari) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.

Email:  [email protected]