Təkrarsığorta üzrə mütəxəssis/kiçik mütəxəssis/assistent

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Göndərilən və daxil olan təkrarsığorta hadisələri üzrə məlumatların uçotu, bordero, hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Zərərlər üzrə trendlərin təhlili və təkrarsığorta strategiyasına təsiri barədə rəhbərliyə rəy verilməsi;
  • Təkrarsığortalılar tərəfindən bildirilən zərər tələblərinin təhlili və müqavilə şərtlərinə uyğunluğunun qiymətləndirilməsi;
  • Təkrarsığortaçıların sığorta ödənişləri üzrə debitor balanslarının dövri monitorinqi və hesabatlara uyğunluğunun təmin edilməsi;
  • Təkrarsığortaçıların sığorta ödənişləri üzrə paylarının düzgün hesabatı və ödənişlərin vaxtında alınmasına nəzarət;
  • Təkrarsığortaçılara hadisə bildirişlərinin (claims notification) vaxtında və düzgün şəkildə təqdim olunmasını təmin etmək;
  • Birbaşa müdirin rəhbərliyi altında şöbənin operativ məsələlərinin həlli prosesində iştirak etmək;
  • Bilik və təcrübəsi ilə şöbənin əməkdaşları ilə paylaşmaq və onları istiqamətləndirmək;

Biliklər

  • Ali təhsil: İqtisadiyyat, maliyyə, hüquq, riyaziyyat;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarından istifadə etmək bacarığı.

Təcrübə

  • Sığorta sahəsində təcrübə arzuolunandır.

Bacarıqlar

  • Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
  • Bazar üzrə araşdırma və təhlil apara bilmək;
  • Danışıq və təqdimat bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi