İşin təsviri
Namizədə tələblər
- Yaş: 20 - 55
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə arzu olunandır
- Ünsiyyət bacarığı, stresə dözümlülük, komandada işləmək bacarığı,
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlığa dəvət etmək
- Müştərilərin istəyinə əsasən uyğun sığorta məhsullarını təklif etmək;
- Sığorta məhsulları və qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
- Korporativ görüşlər təyin etmək
Şirkət tərəfindən korporativ görüşlərdə avtomobil ilə təmin olunur.
İş şərtləri
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:30 – 18:00, V gün 09:30 -17:00
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Satışların həcminə əsasən artan gəlir
Uyğun olan şəxslərdən CV’lərini mövzu yerinə Korporativ müştəri meneceri qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur