Anderraytinq üzrə Assistent

İşin təsviri

Namizədə tələblər:

  • Yaş: 24-30;
  • Təhsil: İqtisadi/biznesin idarə olunması ixtisasları üzrə ali təhsil arzu olunandır;
  • İş təcrübəsi: 1 il iş təcrübəsi arzuolunandır, xüsusilə sığorta sahəsində.
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis(əla) və Rus(orta/əla) dillərində sərbəst  yazı və şifahi danışıq bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel, Power Point proqramları) üzrə yaxşı biliyə malik olmaq.

Şəxsi keyfiyyətlər:

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Riyazi düşünmə;
  • Konfidensiallığa riayət etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • İnzibati və kargüzarlıq yardımının göstərilməsi; 
  • Potensial müştərilərlə bağlı araşdırmaların aparılmasında anderraytinq komandasına köməklik edilməsi;
  • Sorğuların nəzərdən keçirilməsi və bütün lazımi məlumatların təqdim edilməsinin tələb edilməsi, məlumatların düzgünlüyünün yoxlanılması;
  • Dəqiq uçotun aparılması və bütün sənədlərin aktual olmasının təmin edilməsi;
  • Cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsini təmin edilməsi üçün müvafiq hüquqi və tənzimləyici təlimatlara riayət edilməsi;
  • Risklərin qiymətləndirilməsində və müvafiq təkrarsığorta haqlarının müəyyən edilməsində anderraytinq komandasına köməklik göstərilməsi, müştərilərə və brokerlərə təkliflərin təqdim edilməsi;
  • Yerləşdirmə tələb edən fakultativ risklər və/və ya obliqatorlar üzrə təkrarsığortaçılarla əlaqə saxlamaqda anderraytinq komandasına yardım edilməsi, təkrarsığortaçılara ödəniləcək mükafatın ödənilməsinin təmin edilməsi;
  • Təkrarsığorta sənədlərinin, o cümlədən fakultativ müqavilələrin, obliqator müqavilələrin, borderoların, dəyişikliklərin və əlavələrinin monitorinqi və işlənməsi;
  • Təkrarsığorta sənədlərinin lazımi qaydada verilməsini, zərərlərin düzgün tənzimlənməsini, borcların vaxtında yığılmasını və sığorta nəzarəti orqanı tətbiq etdiyi dəyişiklikləri barədə məlumatlı olmasının təmin edilməsi üçün digər şöbələrlə əməkdaşlıq edilməsi;
  • Anderraytinq Menecer və/və ya Baş Anderraytinq İnzibatçısı üçün hesabatların (yenilənmələr, yeni biznes, reallaşdırılmış və reallaşdırılmamış təkliflər, üzbəüz görüş hesabatları, zərərlik nisbətləri, risklərin akkumulyasiyası, təkrarsığorta və retrosessiya tariflərində dəyişikliklər, rəqiblərin tariflərinin təhlili və s.) hazırlanması;
  • Anderraytinq Menecerin və/və ya Baş Anderraytinq İnzibatçisının tələb etdiyi digər vəzifələrin yerinə yetirilməsi.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır; 
  • Sınaq müddəti: 3 ay
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əmək haqqı:  1000 AZN (gross)

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Anderraytinq üzrə Assistent) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.