Zərərlərin tənzimlənməsi şöbəsinin mütəxəssisi

İşin təsviri

Namizədə tələblər:

  • Təhsil: Ali
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (orta) dillərində sərbəst  yazı və şifahi danışıq bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.

Şəxsi keyfiyyətlər:

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Təmkinli, stressə davamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Konfidensiallığa riayət etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək;
  • Zərərlərin tənzimlənməsi ilə bağlı işləri həyata keçirmək;
  • İşgüzar əməkdaşlıq məsələləri üzrə yerli sığortaçılar, xarici təkrarsığortaçılar və brokerlərlə ünsiyyət qurmaq;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları həyata keçirmək;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır; 
  • Sınaq müddəti: 3 ay
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (“Claim Mütəxəssis”) yazmaqla CV-ni [email protected] elektron poçt ünvanına göndərsinlər.