Sosial Media Mütəxəssisi

İşin təsviri

Tələblər

  • Minimum 2 il sosial media sahəsində iş təcrübəsi
  • Instagram, Facebook, Linkedin və TikTok platformalarında kontent performansı və istifadəçi davranışı üzrə təcrübə
  • Güclü yazı dili və copywriting bacarığı
  • Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və optimizasiyası
  • Kontent planlama, analitika və aylıq report bacarığı
  • Operativlik, vaxt idarəetməsi və komanda ilə koordinasiya

Vəzifə öhdəlikləri

  • Brendlər üçün aylıq sosial media strategiyası hazırlamaq
  • Kontent planı hazırlamaq və kreativ komanda ilə koordinasiya etmək
  • Post və story-lərin hazırlanması, yüklənməsi və planlanması
  • Reklam kampaniyalarının qurulması, hədəflənməsi və optimizasiyası
  • Aylıq analitika, rəqib analizi və performans reportları hazırlamaq
  • Müştəri ilə kommunikasiya və təsdiq proseslərini idarə etmək

Üstünlüklər

  • Fərqli sahələrdən olan brendlərlə iş təcrübəsi
  • Kreativ agentlik mühitində çalışma təcrübəsi
  • Foto və video çəkiliş proseslərini anlamaq
  • Vizual brif hazırlamaq bacarığı
  • Rəqəmsal analitika və platforma insights-larını şərh etmək bacarığı
  • Behance, Pinterest və Dribbble kimi vizual platformaları mütəmadi izləmək
  • Rus və ingilis dillərini iş səviyyəsində bilmək

Nə təklif edirik?

  • Kreativ və dinamik iş mühiti
  • Real brendlərlə işləmə və güclü portfolyo qurma imkanı
  • İnkişaf, təlim və komanda dəstəyi
  • Stabil əməkhaqqı və performans bonusları

İş şəraiti

  • İş qrafiki: Həftə içi — 10:00–18:00
  • Əməkhaqqı: Namizədin təcrübə və bacarıqlarına əsasən müəyyən ediləcək
  • Bonuslar: Performans göstəricilərinə əsasən əlavə bonuslar

Müraciət üçün

IOMedia komandasına qoşulmaq və real brendlərlə işləyən dinamik, kreativ mühitin bir parçası olmaq istəyirsinizsə, CV və portfolionuzu “Sosial Media Mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsinndə göstərilən elektron poçt ünvanına göndərin.