Mühasib

İşin təsviri

Namizədə aid tələblər:

  • Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Təhsil dərəcəsi: Bakalavr;
  • Sahə üzrə iş təcrübəsi: Maliyyə sektorunda azı 3 illik iş təcrübəsinin olması arzu olunandır (sığorta sahəsində üstünlük verilir);
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (arzu olunan);
  • Peşəkar mühasib sertifikatının (PMS) olması arzu olunandır;
  • Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməsi arzu olunandır;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu arzu olunandır (ACCA /DipIFR);
  • Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat və təkrarsığorta əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
  • Həm beynəlxalq, həm də yerli müştərilərlə yazışmalar aparmaq;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Könüllü tibbi sığorta.
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: 1000 AZN (gross).

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Mühasib) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.