İşin təsviri
Vəzifə öhdəlikləri:
- Departamenti təmsil etmək;
- Departament tərəfindən qanunvericilik aktlarının və təşkilati-sərəncam sənədlərinin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
- Departamentin fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq və tabe olduğu departamentin direktoruna təqdim etmək;
- Daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin və təşkil etmək;
- İnsan Resurslarına dair prosedurları hazırlamaq və izləmək;
- AR-nın Əmək qanunvericiliyi biliklərinə sahib olmaq;
- İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil etmək;
- Mükafatlandırma və motivasiya sistemini qurmaq və tətbiq etmək;
- Əməkdaşların performans qiymətləndirilməsini təşkil etmək və yeni təklifləri irəli sürmək;
- Kadr bazasını yaratmaq və idarə etmək, işçilərin qeydiyyatının aparılması işini təşkil etmək;
- Kadr sənədləşdirmələrinin düzgün gedişatına nəzarət etmək, elektron hökümət portalından asan imza əsasında istifadəni təmin etmək;
- Əmək müqavilərələrinin, məzuniyyət, işəqəbul, xitam, ezamiyyət və s. əmrlərin, ərizə və müraciətlərin qanunvericiliyə uyğun tərtib etmək, vaxtında və düzgün verilməsinə nəzarət etmək;
- “E-gov.az” elektron portalı üzrə rəsmi bildirişləri təmin etmək və onlara nəzarət etmək;
- Aylıq əmək haqqlarını hesablamaq və ödənişi təmin etmək;
- Yaranan əmək mübahisələrini vaxtında və müvəffəqiyyətlə həll etmək;
- Vaxtaşırı olaraq iş yerləri və işçilərin attestasiyasının keçirilməsini təşkil etmək və qanunvericiliyə uyğun olaraq gedişatını tənzimləmək;
- Vəzifə təlimatlarını hazırlamaq;
- Optimal işçi sayını hesablamaq;
- Təşkilati-strukturu hazırlamaq;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izləmək;
- Öyrənmə ehtiyaclarını öyrənmək və təlim matrisini hazırlamaq;
- Əməyi dərəcələndirmək;
- Kadr kargüzarlığı sistemlərini qurmaq, məxfilik rejimini təmin etmək;
- Vakansiya tələbini müəyyən etmək;
- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək;
- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktorun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında həyata keçirilməsinə nəzarət etmək;
- Aylıq hesabatları hazırlamaq və təqdim etmək.
İş qrafiki:
- Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
- Zərurət olduqda şənbə günü - yarım gün.
Vəzifəyə dair tələblər:
- Təhsilə dair tələblər: Ali təhsil;
- İş stajına dair tələblər: bu sahədə ən azı 3 il iş stajı;
- Yaş: 25 yaşdan yuxarı
- Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili – B2; Rus dili – B2.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Mükəmməl kommunikasiya bacarığı;
- Yaradıcı qabiliyyət;
- Analitik təhlil;
- Gərgin iş qrafikinə uyğunlaşma.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları departamentinin direktorunun müavini” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Email: [email protected]