Hüquq departamentinin direktoru

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Departamenti təmsil etmək;
  • Departamentin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Departamentə həvalə olunmuş vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
  • Tabeliyində olan işçilər arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Daxil olan sənədlərin yüksək peşəkarlıq səviyyəsində, müəyyən olunmuş müddət ərzində, məsuliyyətlə icra olunmasını təmin etmək;
  • Qanuvericiliyə uyğunlaşdırmaq məqsədi ilə Qurumun normativ aktlarına dəyişikliklərin edilməsi barədə təkliflər vermək;
  • Sənədlərin (layihələrin) hüquqi ekspertizasını aparmaq, onlara dair irad və təklifləri aidiyyəti üzrə təqdim etmək;
  • Qurumun rəhbəri tərəfindən verilən Departamentin fəaliyyət istiqamətlərinə aid olan digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki:

  • Bazar ertəsi - Cümə günləri, saat 09:00 – 18:00 dək;
  • Zərurət olduqda şənbə günü - yarım gün.

Vəzifəyə dair tələblər:

  • Təhsilə dair tələblər: Ali hüquqi təhsil;
  • İş stajına dair tələblər: bu sahədə ən azı 5 il iş stajı;
  • Yaş: 27 yaşdan yuxarı
  • Kompüter biliklərinə dair tələblər: MS Offıce proqramları - yüksək səviyyədə;
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili – C1; Rus dili - C1.

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:

  • İdarəetmə və komanda ilə işləmək bacarığı;
  • İş planlama və təşkil etmə, idarəetmə bacarığı;
  • Mükəmməl kommunikasiya bacarığı;
  • Yaradıcı qabiliyyət;
  • Analitik təhlil;
  • Gərgin iş qrafikinə uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquq departamentinin direktoru” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.